Hindistan təyyarəsi Ərzurumda təcili eniş etdi

Hindistan təyyarəsi Ərzurumda təcili eniş etdi

Mumbay-Münhen marşrutu üzrə uçan Hindistanın “Vistara” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Ərzurum hava limanına təcili eniş edib.

AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Buna səbəb təyyarənin göyərtəsinə bomba qoyulması ilə bağlı yayılan məlumat olub.

Pilotun tələbi ilə bütün sərnişinlər təyyarədən endirilib. Hazırda təyyarədə mütəxəssislər axtarış aparır.

Ərzurum hava məkanının uçuşlara bağlanıldığı bildirilib.

Teqlər: