Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615% payın alqı-satqısı və Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737% payın alınması haqqında yekun saziş imzalayıb.
AzerTimes Report-a istinadla xəbər verir ki, bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında qeyd olunub.
Bildirilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq.