Hindistan Səfirliyi keramika məhsulları mövzusunda interaktiv vebinar təşkil edib (FOTO)

Hindistanın Bakıdakı Səfirliyi Kimyəvi maddələrin və Əlaqədar Məhsulların İxracının Təşfiqi Şurası (CAPEXIL) ilə birlikdə 27 iyul 2021-ci il tarixdə Hindistanın və Azərbaycanın 40-dan çox keramika plitələri və sanitar avadanlıqlar sektorunda fəaliyyət göstərən şirkətinin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq potensialını araşdırmaq üçün İnteraktiv Vebinar təşkil etdi. Tədbirdə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının nümayəndələri də iştirak etdi. Azərbaycan tərəfindən nümayəndələr Hindistanlı nümayəndələrlə virtual görüşə qoşulmaq üçün Landmark otelə yığışıblar.

CAPEXİL-in Keramika və Əlaqədar Məhsullar o cümlədən Odadavamlı məmulatlar üzrə Panelinin sədri cənab S.K. Qoş vebinarda açılış nitqi ilə çıxış etdi. Öz çıxışında cənab Qoş, Hindistan keramika məhsullarının gücünü vurğulayaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığı artırmaq istəyini ifadə edib.

Hindistanın Azərbaycandakı Səfiri zati-aliləri cənab B. Vanlalvavna görüşdə çıxış edərək Hindistanın keramika və porselen plitələrinin, eyni zamanda digər keramika məhsullarının Azərbaycan bazarında artıq tanındığı və Hindistan keramika məhsullarının keyfiyyətinin ümumi olaraq məlum olduğunu qeyd etdi. Bununla belə, o, Hindistanın keramika məhsullarının Azərbaycanda bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.

Daha sonra, vebinarda CAPEXİL-in vitse prezidenti çıxış etdi. Çıxışların ardından vebinar Azərbaycan və Hindistan şirkətləri tərəfindən təqdimatlarla davam etdi. Hər iki tərəfdən olan iştirakçılar vebinarın B2B və sual-cavab hissəsində bir-biri ilə ünsiyyət qurmaq imkanı əldə edib.

Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət 2021-ci ilin Yanvar-İyun ayı ərzində ötən il ilə müqayisədə 21.7% artaraq 431.4 milyon ABŞ dolları məbləğində olmuşdur. Hindistan Azərbaycanın qlobal tiracətində 3.04% paya sahib olmaqla Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşı oldu. Azərbaycanın Hindistandan keramika məhsulları idxalı 2021-ci ilin Yanvar-May ayları ərzində 1,478 milyon ABŞ dolları məbləğində olub Azərbaycanın ümumi keramika məhsulları idxalının 3.7%-ni təşkil edib.

Teqlər: