Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

Hindistanın ərman vasitələri üzrə mütəxəsisslərin xüsusi komissiyası Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

AzerTimes-ın İnterfaksa istinadən verdiyi məlumata görə, komissiyanın verdiyi qərarda deyilir: “Dərman vasitələrinin tənzimləyicisinin təhlükəsizlik üzrə komitəsi ölkədə Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib”.

Xatırladaq ki, “Sputnik V” Hindistanda təsdiqlənmiş üçüncü peyvənddir. Daha əvvəl ölkədə “AstraZeneca” şirkətinin texnologiyalarından istifadə edərək Hindistanda istehsal olunan “Covishield” və yerli “Covaxin” peyvəndlərinin istifadəsinə icazə verilib.

Teqlər: