Hindistan rus neftinin tədarükünü azaltdı

Hindistan rus neftinin tədarükünü azaltdı

Hindistan ABŞ-dan nümayəndə heyətinin gəlişi fonunda Rusiyadan neft alışını xeyli azaldıb.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilir ki, ABŞ nümayəndə heyəti Hindistana səfəri zamanı Rusiyadan aldığı neftə tətbiq edilmiş məhdudiyyətlərə qoşulmağı təklif edib. Lakin Hindistan mümkün tədarükün dayandırılmasından qorxduğu üçün ABŞ-ın təklifindən imtina edib.

Məlumata əsasən, son bir ay ərzində Rusiyadan Hindistana neft tədarükünün həcmi 40% azalaraq, sutkada 570 min barrelə düşüb. Bu isə 2022-ci ilin fevralından bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, AB-nin Rusiya yanacağına tətbiq etdiyi yeni məhdudiyyətlər fonunda Hindistanın tədarükü yenidən artıra biləcəyi düşünülür.

Teqlər: