Hindistan rus kömürünün pulunu yuanla ödəyir

Hindistan rus kömürünün pulunu yuanla ödəyir

Hindistanın ən böyük sement istehsalçısı “UltraTech Cement” Rusiyadan idxal etdiyi kömürün pulunu Çin yuanı ilə ödəyir.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat verib.

Gömrük sənədlərinə əsasən, “UltraTech Cement” Rusiyanın SUEK şirkətindən ümumi dəyəri 172.6 milyon yuan (25.8 milyon dollar) olan 157 min ton kömür alıb.

Agentliyə məlumat verən mənbənin sözlərinə görə, satışı SUEK-in Dubayda yerləşən bölməsi təşkil edib və digər şirkətlər də ödənişi yuanla həyata keçirmək şərtilə Rusiya kömürü sifarişlər veriblər.

Teqlər: