Hindistan Qərbin Rusiya ilə bağlı qərarını dəstəkləyirmi?

Hindistan Qərbin Rusiya ilə bağlı qərarını dəstəkləyirmi?

Rusiyanın neft tədarükü ilə bağlı faktiki məlumatlar Hindistan tərəfinin Qərbin sanksiyalarını, o cümlədən rus neftinin qiymət limitini dəstəklədiyini təsdiqləmir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı iqtisadi ekspert Yevgeni Mironyuk deyib.

“Rusiya neftinin Avropadan Asiyaya ixracının istiqamətinin dəyişdirilməsi böyük ölçüdə başa çatıb. Beləliklə, hazırda Rusiya ixracının 4/5-dən çoxu yalnız Çin və Hindistanın payına düşür. Hazırda diqqət qiymət endiriminə yönəlib. Faktiki tədarük rəqəmləri Hindistanın sanksiyalara qoşulmaq niyyətini dəstəkləmir”, – Mironyuk bildirib.

Qeyd edək ki, ötən gün “Blumberq” mənbələrə istinadən yazıb ki, Hindistan Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmamağa və G7-nin təsdiq etdiyi neftin qiymətinin tavanına əməl etməyə qərar verib.

Teqlər: