Hindistan Pakistanla sərhəddə bu raketləri yerləşdirir

Hindistan Pakistanla sərhəddə bu raketləri yerləşdirir

Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələri üçün 120-yə yaxın “Pralay” ballistik raketinin alınmasına icazə verib və onları Pakistan və Çinlə sərhədə yerləşdirəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Ani” xəbər agentliyi məlumat yayıb.

“Müdafiə Nazirliyində keçirilən yüksək səviyyəli müşavirədə silahlı qüvvələr üçün 120-yə yaxın raketin alınması və onların sərhədlərdə yerləşdirilməsi təsdiqlənib”, – məlumatda qeyd edilib.

Bildirilir ki, 2015-ci ildə yaradılan “Pralay” raketləri 150-500 km məsafədəki hədəfləri vura bilir. Raket öz uçuş yolunu dəyişməyə qadirdir ki, bu da onun məhv edilməsinin qarşısını alır.

Teqlər: