Hindistanın 26 müxalifət partiyası Baş Nazirliyə vahid namizəd irəli sürmək üçün Seçki Alyansı yaradır.
AzerTimes xəbər verir ki, bu barədə “Nyusru.co.il” məlumat yayıb.
Məlumata görə, onlar hesab edirlər ki, yalnız birlikdə hazırkı hökumət başçısı Narendra Modiyə meydan oxumaq şansları var:
“Blok Universal İnkişaf üçün Hindistan Milli Alyansı (İNDİA) adlandırılıb”.
Qeyd edək ki, 2014-cü ildən hökumətin başında olan Modi Hindistan tarixinin ən məşhur liderlərindən biridir. Onun partiyası milli və dini azlıqların sıxışdırılması, azadlıqların məhdudlaşdırılması siyasəti aparır, dövlətin dünyəvi mahiyyətini sarsıdır.