Hindistan hökuməti ölkədə 59 tətbiqetməyə, o cümlədən TikTok sosial şəbəkəsinə, UC Browser brauzerinə, WeChat messencerinə qadağa qoyub.
Siyahıya Çində hazırlanmış və Hindistanın suverenliyi, bütövlüyü, dövlət təhlükəsizliyi və ictimai asayişi üçün zərərli tətbiqlər daxil edilib. Onlar həm mobil, həm də digər cihazlarda bloklanacaq.
Qeyd edək ki, qadağan olunmuş tətbiqetmələr siyahısına Kwai, Baidu map, Clash of Kings, Mi Community, Club Factory, UC News, Weibo, QQ Music, Mobile Legends də daxildir.