Ermənistan Hindistandan 1 milyard dollar dəyərində silah-sursat və hərbi texnika almağa hazırlaşır.
AzerTimes xəbər verir ki, bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.
Alınacaq silah-sursat və hərbi texnikanın siyahısı ilə əlaqədar hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, məlumatın Hindistan Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sinqh Dahiyanın İrəvanda səfərdə olduğu və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdüyü bir vaxtda yayılması diqqətçəkən məqamdır.
Bundan əvvəl Hindistan Ermənistana haubitsalar da daxil olmaqla, hərbi texnikalar göndərib.