Hindistan əhalisinin sayı 1,5 milyarda yaxınlaşır

Hindistan əhalisinin sayı 1,5 milyarda yaxınlaşır

Hindistan əhalisinin sayı 1,5 milyard nəfərə yaxınlaşır və gələcəkdə bu rəqəm daha 200 milyon nəfər artacaq.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında bildirilir.

“Hindistan hazırda təxminən 1,5 milyard nəfər əhalisi ilə dünyanın ən sıx məskunlaşdığı ölkədir. Bu rəqəmin təxminən 40 ildən sonra azalmağa başlamazdan əvvəl 1,7 milyarda qədər artacağı gözlənilir” , – deyə hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, Hindistanda orta hesabla bir qadın iki uşaq dünyaya gətirir.

Teqlər: