Hindistan AB-nin sanksiyaları səbəbindən Rusiyadan neft alışını müvəqqəti dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Hindistan neft emalı kompleksinin operatoru “Reliance Industries” dekabrın 5-dən sonra Rusiya neftinin yüklənməsi üçün sifarişlərin icrasını təxirə salmaq qərarına gəlib.