Hindistanla Çin sərhədində dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyulub.
AzerTimes xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib.
O qeyd edib ki, patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq münaqişənin sona çatmasında mühüm rol oynayıb:
“Bu, sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradır”.