Hindistan “Brahmos” raketini sınaqdan keçirdi

Hindistan “Brahmos” raketini sınaqdan keçirdi

Hindistan ordusu uzaq mənzilli “Brahmos” yer-yer raketini sınaqdan keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Andaman və Nikobar adalarının komandanlığı məlumat yayıb.

Andaman və Nikobar adalarının baş komandanı general-leytenant Ajay Sinqx Hindistan ordusunun Qərb Komandanlığını noyabrın 29-da Andaman və Nikobar adalarından “Brahmos” uzaq mənzilli yer-yer raketinin uğurlu sınağı münasibətilə təbrik edib.

Hindistan-Rusiya birgə müəssisəsi olan “Brahmos Aerospace” sualtı qayıqlardan, gəmilərdən, təyyarələrdən və ya yer platformalarından buraxıla bilən səsdən sürətli qanadlı raketlər istehsal edir. Şirkət 1998-ci ildə yaradılıb, Brahmaputra və Moskva çaylarının şərəfinə adlandırılıb. Birgə müəssisədə Rusiya tərəfini “NPO Maşınqayırma” şirkəti təmsil edir.

Teqlər: