Hərbi Dəniz Qüvvələri və Hindistanın Andaman və Nikobar
adalarında Birləşmiş Komandanlığı (ANC) “Brahmos” hipersəs qanadlı
raketinin gəmi əleyhinə versiyasını sınaqdan keçirib.
Trend xəbər
verir ki, bu barədə ANC öz tviter səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, sınaqlar 27 apreld baş tutub.
Son zamanlar Hindistan Silahlı Qüvvələri bir sıra bu tip
raketlərin sınaq buraxılışlarını həyata keçirib. Aprelin 19-da
Hərbi Hava Qüvvələri Su-30MKİ qırıcı təyyarəsindən “Brahmos”-un
uğurlu sınağını həyata keçirib. Ötən ay Hərbi Dəniz Qüvvələri
raketin təkmil gəmi versiyasını Hind okeanında sınaqdan
keçirib.
“Brahmos” Rusiya-Hindistan birgə müəssisəsi olan “BrahMos
Aerospace” tərəfindən istehsal edilən hipersəs qanadlı
raketdir.