Hindistan beynəlxalq uçuşları bərpa edir

Hindistan COVID-19 pandemiyası səbəbindən iki il əvvəl
dayandırılan müntəzəm beynəlxalq uçuşları bərpa edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Press Trust of India” informasiya
agentliyi Hindistanın Mülki Aviasiya İdarəsinə istinadən
bildirib.

Məlumata əsasən, yerli və xarici aviaşirkətkəri tərəfindən
Hindistana və Hindistandan həftədə təxminən 3,2 min beynəlxalq
uçuşun həyata keçirilməsinə icazə verilib.

Altı Hindistan aviadaşıyıcısı üçün həftədə ümumilikdə 1466
beynəlxalq uçuşa razılıq verilib. İdarədən bildiriblər ki, onlar 43
istiqamət üzrə 27 ölkəyə uça biləcəklər.