Hindistan ABŞ-a nota verdi

Hindistan ABŞ-a nota verdi

Hindistan ABŞ-a etiraz notası verib.

AzerTimes xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hindistan XİN ABŞ-ın San-Fransisko şəhərindəki Baş Konsulluğuna hücumla bağlı bu ölkəyə etiraz notası göndərib.

Qeyd edək ki, martın 19-da ölkənin Pəncab əyalətində əhalisinin əksəriyyəti siqhizmin ardıcılları olan “Xalistan dövləti”nin yaradılmasının bir qrup tərəfdarı Hindistanın San-Fransiskodakı Baş Konsulluğuna hücum edib. “Press Trust of India”nın məlumatına görə, hücumçular diplomatik nümayəndəliyin ərazisinə soxulub və orada “müstəqil Xalistan”ın iki bayrağı sancıblar.

Teqlər: