Hindistanın Andhra-Pradeş ştatında günlərlə davam edən leysan yağışlar nəticəsində azı 17 nəfər ölüb, onlarla insan itkin düşüb.
AzerTimes-ın məlumatına görə, bu barədə “ABC News” telekanalı bildirib.
Ştata yağan güclü yağış ən azı beş rayonda daşqınlara səbəb olub. Son bir neçə gün ərzində müxtəlif bölgələrdə ölüm halları ilə bağlı xəbərlər yayılıb. Rəsmi şəxslər xilasetmə əməliyyatlarının davam etdiyi üçün rəqəmlərin arta biləcəyi barədə xəbərdarlıq ediblər.
Dayanmayan yağışlara görə ən çox zərər çəkən rayonlardan biri olan Kadapa rayonunda hakimiyyət orqanları yerli hava limanını bağlayıblar.