Hind əsilli Şunak Londonun Bakı siyasətini dəyişəcək?

Hind əsilli Şunak Londonun Bakı siyasətini dəyişəcək?

Hind əsilli Rişi Sunakın Britaniya Baş naziri vəzifəsinə seçilməsi bütün dünyada olduğu kimi, Azərbacanda da böyük maraqla qarşılanıb. Azərbaycanlıları əsasən bu sual düşündürür: hind əsilli bir şəxsin Britaniya Baş naziri olması Birləşmiş Krallığın Azərbaycana və Türkiyəyə münasibətini hansı istiqamətdə formalaşacaq? Həmçinin onu da nəzərə almaq lazımdır ki, Hindistan Azərbaycanın ən böyük müttəfiqi olan Pakistanın əzəli düşmənidir.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş AzerTimes-a verdiyi açıqlamasında bu kimi bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

“Rişi Sunak həddən artıq qlobalist bir şəxs olmaqla yanaşı bank/maliyyə elitasının kosmopolitidir. O, hind mənşəli ola bilər, lakin bütün əlamətlər onun hərtərəfli ingilisləşmiş olmasını göstərir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Sunak bir ara ABŞ vətəndaşı olmaq üçün də müraciət etmişdi. O, orada oxuyub, işləyib, məncə, həyat yoldaşı ilə orada tanış olub. Onun həyat yoldaşı milyarder hindistanlı bir iş adamının qızıdır. Bu kimi cəhətlərə görə İngiltərədə çoxları onun milli sədaqətinə şübhə ilə yanaşır və hətta konkret bir milliyətə sahib olmadığına da inanır. Sunak beynəlmiləlçidir. O, sol Mühafizəkarlar Partiyasının və Brekzit tərəfdarı olsa da, yəqin ki, Conson və Trassdan daha çox AB ilə daha sıx ticarət əlaqələri qurmaq istəyəcək. Eyni zamanda, düşünürəm ki, o, Kiyevi sələfləri kimi dəstəkləməyəcək, çünki o, ideyalardan çox maliyyə ilə məşğuldur. Buna görə də nə Pakistanın, nə də onun müttəfiqlərinin Sunakla bağlı narahatlıq yaşamalarının məntiqi bir əsası yoxdur”, – o bildirib.

Teqlər: