Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində himayədar ailə,
reinteqrasiya üzrə beynəlxalq məsləhətçi Hyu Salmon ilə görüş
olub.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, ölkəmizdə himayədar ailə institutunun tətbiqinə
hazırlıq işlərindən bəhs edən əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Vüsal Nəsirli bu sahədə qabaqcıl dünya
təcrübəsinin öyənilməsinə mühüm önəm verildiyini vurğulayıb.
“Himayədar ailə” qayğı modelinin uşaqlara qayğı sisteminin
dünyada geniş yayılmış nümunələrindən olduğu qeyd edilib. Həmin
modelin uşaqların ailə mühitində yaşamalarına və inkişafına şərait
yaratdığı diqqətə çatdırılıb. Bu sahədə Türkiyə təcrübəsinin
öyrənildiyi də bildirilib.
H.Salmon tərəfindən müvafiq sahələrdə çalışan əməkdaşlara
reinteqrasiya, qeytkipinq, himayədar ailə üzrə müvafiq mütəxəssis
konsultasiyaları verilməsi nəzərdə tutulub.