Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

Xəbər - Elnur Bağışov – Trend:

Bu həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri arasında ikinci dəfə görüş baş tutub

AzerTimes-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” səhifəsində paylaşıb.

Səfirin sözlərinə görə, Azərbaycan və İranın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb:

“Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, mövcud maneələr, iki ölkə münasibətlərinin möhkəmləndirilməsi haqda məsləhətləşmələr və fikir mübadiləsi aparılıb”.

Twitter:@BaghishovElnur

Teqlər: