Hikmət Hacıyev Xocavənddə aşkarlanan kütləvi məzarlıq ilə bağlı paylaşım edib (FOTO)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev rəsmi Twitter hesabında azərbaycanlıların Xocavəndin
Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım
edib.

Trend xəbər verir ki, Prezidentin köməkçisi Edillinin
azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə
olunduğunu vurğulayıb.

“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş
Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı
müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün konslager/işgəncə
düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri
tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək
4 000 azərbaycanlı itkin düşüb”, – Hikmət Hacıyev bildirib.

Teqlər: