Hikmət Hacıyev Xocalı soyqrımının ildönümü ilə əlaqədar paylaşım edib (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycan Prezidentinin köməkçisi − Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Xocalı soyqrımının ildönümü ilə əlaqədar paylaşım
edib.

Trend-in
məlumatına görə, H.Hacıyev öz “Twitter” səhifəsində Xocalı
faciəsinin şahidi barədə yazıb.

“Bu gözlər çox şey görüb! Posterdəki şəkil Xocalı soyqırımının
sağ qalan şahidi Ləfxanıma aiddir O, Xocalıda ermənilər tərəfindən
törədilmiş vəhşilikləri 1992-ci ildə, 9 yaşında azərbaycanlı
jurnalistə danışıb və görüntüyə alınıb. Onun atası gözləri
qarşısında öldürülüb. O, həmin anları unuda bilmir”, – H.Hacıyev
yazıb.

Teqlər: