Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Twitter” hesabında məlumat yayıb.
Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir.