Hikmət Hacıyev DSX-nin helikopterinin qəzaya uğramasından danışdı

Prezidentin köməkçisi Hikmət Hacıyev DSX-nin helikopterinin qəzaya uğramasından danışıb.

AzerTimes-ın məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur.

Onun sözlərinə görə, ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir:


“Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün zərbə ola bilər”, – deyə o bildirib.

xəbər yenilənəcək

Teqlər: