Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin Tvitter səhifəsində paylaşım edilib.
Bildirilib ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.