Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə
Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə UNEP-in azad
olunmuş ərazilərə missiyasını müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz rəsmi “Twitter” hesabında bildirib.
“BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional
Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti
qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o
cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya missiyasını
müzakirə etdik. Ermənistanın 30 il davam etmiş hərbi işğalı böyük
ekoloji ziyanla müşayiət olunub”, – paylaşımda bildirilir.