Hikmət Hacıyev AB nümayəndələri ilə görüşdü

Hikmət Hacıyev AB nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinə (AB) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan AB-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

AzerTimes xəbər verir ki, bu barədə o, X səhifəsində paylaşım edib.

“Biz Avropa Birliyinə üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka təşəkkür edirəm”, – paylaşımda bildirilib.

Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.

Teqlər: