Hicaba görə gənc qadın güllələndi

Hicaba görə gənc qadın güllələndi

İranın Mazandaran əyalətinin Nur şəhərində hökumət məmurları məcburi hicab qaydalarını pozan 30 yaşlı Arzu Bədrini güllələyib.

AzerTimes xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

“Arzu Bədrinin məcburi hicab qaydalarını pozduğuna görə avtomobilinin müsadirə olunmasına qərar verilib. Bədri şəhərdə şəxsi avtomobili ilə hərəkət etdiyi zaman polis onu saxlamaq və avtomobilini əlindən almaq üçün iki dəfə atəş açıb, güllələrdən biri avtomobilə, biri isə Arzu Bədriyə dəyib”, – məlumatda bildirilib.

Fəalların sözlərinə görə, Arzu Bədri ağır yaralanıb, komaya düşüb və xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib.

Əməliyyat zamanı məlum olub ki, güllə gənc xanımın onurğa sümüyünə dəyib, onun onurğa sümüyü zədələnib və beldən aşağı hissəsi iflic olub.

A.Bədrinin həyatı təhlükədə olduğuna görə, o, Nur şəhərinin xəstəxanasından əyalət mərkəzi Sari şəhərinin “Xomeyni” xəstəxanasına köçürülüb.

Teqlər: