Şərqi Azərbaycan əyalətində məcburi hicab qaydalarının pozulduğuna görə 7 iş yerinin fəaliyyətinə qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə əyalətin polis qüvvələrinin komandiri Hüseyn Əbdi mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, daha 65 iş yerinə xəbərdarlıq edilib, hicab qaydalarını pozduqlarına görə 9 nəfərin avtomobili dövlətin xeyrinə müsadirə olunub.