2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.
Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.