İranın daha bir məşhur aktrisası ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdiyi və açıq şəkildə hicabını çıxardığı üçün həbs olunub.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, İranın məşhur aktrisası Ketayun Riahi sosial şəbəkələrdə “təxribat xarakterli” paylaşımlar etdikləri üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunublar.
Təbrizli teatr aktrisası Səmanə Babazadə də bir neçə gündür həbsdədir.
Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur “Həzrəti Yusif” serialında Züleyxa obrazını canlandırıb. Teleserial Azərbaycanda “Space TV”də yayımlanıb.
Qeyd edək ki, daha öncə də daha bir məşhur aktrisa – Hengame Qazianini həbs olunub.