Kürdəmir rayonunun Təklə kəndində göldə batan şəxsin kimliyi müəyyənləşib.
AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, həmin şəxs rayonun Mürtülü kənd sakini 1974-cü il təvəllüdlü Vasif Ələddin oğlu Mahmudovdur.
Belə ki, V.Mahmudov ərazidə iribuynuzlu mal-qaranı otararkən heyvanlardan biri gölə girib. O, heyvanı göldən çıxarmaq üçün özü suya girməyə qərar verib. Bu zaman 50 yaşlı kişi özü boğularaq ölüb. Onun meyiti aidiyyəti qurum tərəfindən aşkarlanaraq, təhvil verilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.