Heyf: Əgər Ərdoğanla razılaşsaydıq… – Korotçenko

Heyf: Əgər Ərdoğanla razılaşsaydıq… – Korotçenko

İkinci Qarabağ müharibəsindən çıxan əsas nəticə müasir hərbi münaqişələrdə PUA-ların rolunun kəskin şəkildə artmasıdır.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“2020-ci ilin sonunda Türkiyə Prezidenti Ərdoğanla razılığa gələ və 2021-ci ildə “Bayraqdar”ların istehsalının alınmasına dair müqavilə bağlaya, rus kadrlarını yetişdirib hazırlaya, PUA-lara sahib ola bilərdik. Təxminən 100 ədəd PUA-nı xüsusi hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinə qarşı istifadə etmək olardı. Çox təəssüf ki, bu, edilmədi”, – Korotçenko bildirib.

Teqlər: