Həyətindən 22 kq narkotik çıxdı

Həyətindən 22 kq narkotik çıxdı

Bərdə polisinin növbəti əməliyyatı zamanı çəkisi 22 kiloqram olan 105 ədəd kultivasiya olunaraq yetişdirilən çətənə kolu aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb.

Onun Lənkəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi 22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

Teqlər: