Həyətindəki ağacı kəsən şəxs cərimələnə bilərmi? – Rəsmi cavab

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəxsin öz həyətindəki ağacı kəsdiyi halda ona cərimənin tətbiq edilib-edilməməsinə münasibət bildirib.

AzerTimes-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, bu məsələ şəxsin həyətyanı sahəsinin torpağının kateqoriyasından asılıdır.

Onun sözlərinə görə, əgər həyətyanı sahə evin sənədində fərdi həyətyanı sahə kimi təsbit edilibsə və həmin sahə şəxsin adınadırsa, ağac kəsildikdə, yaxud onun yeri dəyişdirildikdə heç bir cərimə tətbiq edilmir:


“Bir çox hallarda isə şəxsin evinin həyəti olur, amma həmin həyətin fərdi həyətyanı sahə statusu olmur. Bu halda, şəxsə cərimə tətbiq edilir”.

Teqlər: