Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.
Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.