Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonunda yerləşən Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Ramis oğlu Bəkirli təqaüdə göndərilib.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə, bu vəzifəyə polkovnik-leytenant Elnur Qənimət oğlu Məhərrəmov təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Elnur Məhərrəmov Qarabağ Regional Mərkəzində idarə rəisi vəzifəsində çalışıb.