Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi təqaüdə göndərilib.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Abdulrəhim oğlu Axundov öz ərizəsi ilə işdən azad olunaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, Mehman Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur.