Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, rektor öz hesabına məzuniyyətə çıxıb.
Onun vəzifəsini akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov icra edir.
Qeyd edək ki, H.Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədidir.