Heydər Əliyev SSRİ-nin, Azərbaycanın və Rusiya-Azərbaycan münasibətlərinin tarixinə düşmüş qeyri-adi şəxsiyyət olub.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, bir vaxtlar ümumi ölkəmizin tarixinə, müasir Azərbaycan tarixinə və müasir Rusiya-Azərbaycan münasibətlərinin tarixinə əbədi daxil olmuş tamamilə qeyri-adi şəxsiyyətdir. Və təbii ki, biz Heydər Əliyevin oynadığı rolu xatırlayırıq”, – Peskov bildirib.