Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında Zəngəzurun Nüvədi kəndindən danışıb.
AzerTimes xəbər verir ki, Paşinyan çıxışında Azərbaycanın sovet dövründə Ermənistana qanunsuz verilən əraziləri, o cümlədən Azərbaycanla Naxçıvan arasında yerləşən Nüvədi kəndini tələb etdiyini bildirib.
Xatırladaq ki, Zəngəzurun Nüvədi kəndi Azərbaycan üçün olduqca strateji məsələdir. İllər öncə Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu məsələyə xüsusi toxunmuş, bu kəndin məhz 1929-cu ildə SSRİ tərəfindən zorla Ermənistana birləşdirildiyini vurğulamış, Azərbaycanla Naxçıvan arasında Ermənistana əvvəlcə 10 km-lik bir zolaq verildiyini, daha sonra isə həm Naxçıvan, həm də Zəngilan (Cəbrayıl qəzası) kəndlərinin Ermənistana bağışlanması nəticəsində bu zolağın 46 km-ə çatdırılmasını xatırlatmış və bu qanunsuzluğa etirazını bildirmişdi.
Heydər Əliyev çoxminli Nüvədi kəndinin əhalisinin 1991-ci ilə qədər kəndi tərk etmədiklərini da bildirmişdi.
Heydər Əliyevin tarixi çıxışını təqdim edirik: