“Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası” konfransı…

“Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası” konfransı…

Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası” adlı tələbə-şagird elmi konfransı keçirilib.

AzerTimes xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın tələbə və şagirdlər üçün yeni elmi biliklərin əldə olunması baxımından əhəmiyyətindən danışıb:

“Bu konfransın keçirilməsi hər bir tələbə, hər bir şagird üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar yaradır. Bu imkanlardan istifadə etməklə tələbələr və şagirdlər gələcək elmi fəaliyyətlərində daha uğurlu nəticələr əldə edə bilmək imkanı qazanırlar. Tələbələrimizin və şagirdlərimizin savadlı,peşəkar, vətənpərvər olması vacibdir”.

Daha sonra tələbələr tezislərlə çıxış ediblər. Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfransa ümumilikdə 463 nəfər tələbə, şagir və magistr qeydiyyatdan keçib və plenar iclaslarda iştirak edib. Respublikanın 11 fərqli təhsil müəssisəsindən şagird qoşulub. Elmi konfrans 4 əsas bölmə üzrə fəaliyyət göstərib. Tezislə iştirak edən şagirdlərin ayrı bölmə üzrə dosent Xuraman Əsgərovanın sədirliyi ilə dinləmələri keçirilib.

Daha sonra çıxışçılar konfransın gələcək istiqamətləri, yeni perspektivləri haqqında fikirlərini bölüşüblər.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Teqlər: