Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin
hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, sıxlıq
ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.
Şəhər mərkəzi və “Koroğlu” m/st-sı istiqamətində əsas və köməkçi
yollarda avtomobillərin hərəkəti çətinləşib.
Qəza ilə əlaqədar ASK Arenadan Koroğlu istiqamətində zolaqlar
üzrə sürət həddi 20 km/saat azaldılıb.