“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar paytaxt və
bölgələrdə silsilə tədbirlər keçirilir. Ölkənin ictimai-siyasi
həyatında aparıcı rol oynayan, Ümummilli Liderin yaradıcısı olduğu
və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkşiaf
edən Yeni Azərbaycan Partiyasının hər bir rayon və şəhər
təşkilatının keçirdiyi tədbirlər də davamlılığı ilə diqqət
çəkir.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və
Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə
Xətai rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda
keçirilən inşa yazı müsabiqəsi də bu silsilədəndir.

Müsabiqənin nəticələrinə görə, Humanitar fənlər təmayüllü
məktəb-liseyin şagirdi Xatirə Nəcəfli I yerə, 191 nömrəli tam orta
məktəbin şagirdi Nəzrin Novruzova II yerə, 25 nömrəli tam orta
məktəbin şagirdi Elcan İsmayıllı və 27 nömrəli tam orta məktəbin
şagirdi Aybəniz Abbasova III yerə layiq görülüblər. 17 nömrəli tam
orta məktəbin şagirdi Fatimə Rzayeva, 55 nömrəli tam orta məktəbin
şagirdi Fatimə Məmmədzadə, 95 nömrəli tam orta məktəbin şagirdi
Fidan Rzaquliyeva, 257 nömrəli tam orta məktəbin şagirdi Çinarə
Əsədzadə və 265 nömrəli tam orta məktəbin şagirdi Fidan Tayıbzadə
isə fərqləndiklərinə görə diplomla təltif olunublar.

Teqlər: