Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının bayrağı ilə işıqlandırılacaq.
AzerTimes xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcəkdir.