“Heydər Əliyev məktəbini öyrənirik” mövzusunda tədbir

“Heydər Əliyev məktəbini öyrənirik” mövzusunda tədbir

FHN-in Bakı Regional Mərkəzinin akt zalında “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev məktəbini öyrənirik” mövzusunda tədbir keçirilib.

AzerTimes xəbər verir ki, regional mərkəzin şəxsi heyətinin iştirakı ilə reallaşdırılan tədbirdə, əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov giriş sözündə xalqımızın yeni minilliyə məhz Heydər Əliyev dühasının işığında qədəm qoyduğunu qeyd edib. O, Ulu Öndərin ideyalarına sadiq qalan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımızın əmin-amanlıq və sülh şəraitində yaşaması üçün böyük səy göstərdiyini, ölkəmizin dövlət müstəqilliyinin əbədiliyi, toxunulmazlığı, sarsılmazlığı naminə qətiyyətli addımlar atdığını vurğulayıb.

Sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov və digər çıxış edənlər Azərbaycanın dövlətçilik və siyasi tarixində müstəsna yeri olan Ümummilli Liderin şərəfli ömür yolundan, dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən danışıb, Ulu Öndərin mənalı ömür yolunun dərindən öyrənilməsinin, onun zəngin irsinin geniş təbliğ olunmasının əhəmiyyətini bildiriblər.

Hər bir xalqın taleyüklü məsələləri həll etmək üçün böyük liderə və şəxsiyyətə ehtiyac duyulduğunu qeyd edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Ceyhun Salmanov çıxışında ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin illərə sığmayan sürətlə inkişaf etdiyini, beynəlxalq münasibətlər məkanında layiqli yer tutduğunu bildirib.

Çıxışlardan sonra ulu öndər Heydər Əliyevin əbədi xatirəsinə ithaf olunmuş videoçarx nümayiş olunub.

Teqlər: