İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.
AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdaki avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.