Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrdən olan uşaqlara bayram hədiyyələri çatdırılıb (FOTO)

23 mart tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə Azərbaycanın rayonlarında yaşayan aztəminatlı ailələrdən olan
uşaqlara Novruz bayramı hədiyyələri çatdırılıb.

AzerTimes-ın məlumatına görə,
Azərbaycanın sevimli milli nağıl qəhrəmanı “Cırtdan” şən musiqi
sədaları altında ölkəmizin ucqar kəndlərinin 500 balaca sakininə
bayram sovqatları paylayıb.

Eyni zamanda, Novruz bayramının əsas personajları olan Kosa və
Keçəli təsvir edən animatorlar öz məzəli çıxış və oyunları ilə
uşaqları sevindiriblər.

Teqlər: